GORANBOY, 29 yanvar. TELEQRAF
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 21010" markalı maşınla "VAZ 2106" markalı qəza zamanı avtomobillər toqquşub.
Hadisə zamanı 2002 ci il təvəllüdlü Faxralı kənd sakini Eltun Babayev və 1991-ci il təvəllüdlü Nərgiz İsmayılova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onların vəziyyəti kafidir.