BAKI, 23 yanvar. TELEQRAF
Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə yolun Yaşma bağları ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, “Hyundai Santa Fe” markalı minik avtomobili yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı qəzanın baş vermə səbəbləri araşdırılır.