BAKI, 23 yanvar. TELEQRAF

Belçikanın Antverpen şəhərində kürdlərin keçirdiyi aksiya zamanı baş verən hücum nəticəsində altı nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Belçikanın ictimai televiziya kanalı RTBF məlumat yayıb.

Məlumata görə, yaralananlardan ikisinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hadisə ilə əlaqədar iki şübhəli şəxs saxlanılıb.

Telekanalın bildirdiyinə görə, hücum edən şəxslərin kimliyi və milli mənsubiyyəti açıqlanmır. Hadisə Antverpen şəhərində kürdlərin mədəni-siyasi xarakterli mitinqi zamanı qeydə alınıb.