ABŞERON, 22 yanvar. TELEQRAF
"Evə qayıdanda gördüm ki, hər şey yanıb kül olub".
Bunu Teleqraf-ın yerli bürosuna yanğın zamanı həyatını itirən Nigar Eminbəylinin oğlu Danyel İqnatiyeviç bildirib:
"Təxminən saat 15-00 idi, mən evə qayıtdım. Artıq çox gec idi. Evdən tüstü çıxırdı. Hər şey kül olmuşdu. Mən xəstəxanaya getmək üçün evdən çıxmışdım. Anamın travması var idi. O, 31 il öncə metroda baş verən yanğında xəsarət almışdı. Yaddaşını itirmişdi, heç kimi tanımırdı".
Qeyd edək ki, Nigar Eminbəyli 1995-ci il oktyabrın 28-də Bakı metrosunda, "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş verən yanğında xəsarət alıb.
***
17:29
Abşeron rayonunda fərdi yaşayış evində baş verən yanğın insan ölümü ilə nəticələnib.
Teleqraf-ın yerli bürosunun xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Abşeron küçəsində yerləşən evdə baş verib.
Məlumata görə, yanğın zamanı evdə olan 46 yaşlı Nigar Eminbəyli həyatını itirib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.