BAKI, 22 yanvar. TELEQRAF

Bakının Xəzər rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Teleqraf-ın xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib.

Qırx yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı “Oba” marketdən çıxıb bacısının evinə gedirmiş. Bu zaman əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib.

Firuz Qasımov boşanmaq üçün məhkəməyə verdiyi ərizəyə görə ona irad tutub. Qadın boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.

Qadın hadisə yerində ölüb.

Qeyd edək ki, onların birgə nikahdan iki yeniyetmə övladı var. Hadisə günü isə övladlar nənəsinin yanında, yəni Biləsuvar rayonunda olublar. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Firuz Qasımov saxlanılıb.