BAKI, 22 yanvar. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən 2 ədəd “Mercedes" markalı avtomobil və 1 ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.