SUMQAYIT, 22 yanvar. TELEQRAF

22.01.2026-ci il tarixində saat 02:40 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2-si yeniyetmə olmaqla 4 nəfər (2 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

***

9:40

Sumqayıt şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, dəm qazından zəhərlənmə nəticəsində 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Günel Səməndər qızı, 2009-cu il təvəllüdlü Əliyev Məhəmməd Emin oğlu və 2012-ci il təvəllüdlü Əliyeva Mədinə Emin qızı zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.

Zərərçəkənlərin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Faktla bağlı hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.