BAKI, 22 yanvar. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, 1994-cü il təvəllüdlü Şəfizadə Tural Cəmşid oğlu yanvarın 21-də idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətdə hərəkətdə olan 2007-ci il təvəllüdlü Səfərli Ramal Elnur oğlunun idarə etdiyi “İhondza FX32” markalı motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı 21 yanvar 2026-cı il tarixdə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.