BAKI, 22 yanvar. TELEQRAF
Bakıda dəm qazından ölüm faktı qeydə alınıb.
Teleqraf xəbər verir ki, hadisə şəhərin Yasamal rayonunda baş verib.
Məlumata görə, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu 21 yanvar 2026-cı il tarixdə saat 21 radələrində yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.