BAKI, 21 yanvar. TELEQRAF

Paytaxtın Suraxanı və Binəqədi rayonlarında talama cinayətləri qeydə alınıb. Axşam saatlarında Hövsan qəsəbə sakininin evinin qarşısından ona məxsus yük qaldırıcı qurğunun hissələri oğurlanıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə.Quliyevi müəyyən edərək saxlayıblar.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Biləcəri qəsəbəsində keçirilən tədbir zamanı isə zərərçəkənin mənzilindən moped oğurlamaqda şübhəli bilinən S.Hüseynov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.