BAKI, 20 yanvar. TELEQRAF
"FlyDubai" aviaşirkətinə məxsus, Dubay-Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.
Bildirilib ki, hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər olunub və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.