BAKI, 19 yanvar. TELEQRAF

Astara stansiyasından 18 km qərbdə, Astara rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:46-da baş verib.

Zəlzələnin maqnitudası 3,1 olub, ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.