BAKI, 18 yanvar. TELEQRAF
Şəmkir rayonunun Qaracəmilli kəndində yol qəzasında ölən Şirzad Quliyev ticarətçi imiş.
Teleqraf xəbər verir ki, Ş.Quliyev uzun illər Gəncə şəhərində yerləşən ticarət mərkəzlərinin birində geyim satışı ilə məşğul olub.
O, dünən şəxsi işi ilə bağlı Şəmkir rayonun Qaracəmirli kəndinə gedirəkən qəza nəticəsində həyatını itirib.
Məlumat üçün bildirək ki, “Ford Transit” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.