BAKI, 18 yanvar. TELEQRAF
Paytaxtın Binəqədi rayonunda bir nəfər “VAZ-21011” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.