MİNGƏÇEVİR, 18 yanvar. TELEQRAF
Mingəçevirdə fərdi təsərrüfatda baş verən yanğın zamanı xəsarət alan şəxs vəfat edib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
1951-ci il təvəllüdlü İlqar Rüstəmova məxsus evdə elektrik qızdırıcısının aşması nəticəsində yanğın baş verib.
Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Rüstəmov xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.