GÖYGÖL, 17 yanvar. TELEQRAF

Göygöldə xəstəxanaya yerləşdirilən şəxsin hansı şəraitdə yaralanmasının bəzi təfərrüatı məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Göygöl rayonunda yerləşən "Fərid" şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb.

Mollacəllili kənd sakini 1996-cı il təvəllüdlü təvəllüdlü Rövşən Ələkbərov bədəninin iki nahiyyəsinə bıçaq zərbəsi alıb.

İlkin məlumata görə, onu bıçaqlaçaqda həmkəndlisi Nurlan Nəsibov təqsirli bilinir. Belə ki, həmin şəxslər dostdurlar və onlar toy məclisində içkili vəziyyətdə olublar. Bıçaq xəsarəti alan Rövşən Ələkbərov əməliyyat edilib.

Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.

***

20:19

Göygöl sakini bədənin kəsilmiş yaraları ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Mollacəllili kənd sakini 1996-cı il təvəllüdlü təvəllüdlü Rövşən Ələkbərov əməliyyata alınıb. Onun vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisə toy mərasimində baş verib.

Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.