TOVUZ, 16 yanvar. TELEQRAF
Tovuz rayonunun Dönük Qırıqlı kəndində əri tərəfindən kəsici alətlə xəsarətə məruz qaldığı bildirilən 43 yaşlı Şəlalə Abdullayevanın anası Froza Hüseynova danışıb.
Teleqraf-ın Qərb bürosuna açıqıama verən adın bildirib ki, bu ilk hadisə deyil.
"Qızım iki uşağına toy edib. Toyun axşamı əri gəlib dedi ki, yığılan pullar ona çatmalıdır. Qızım toyu borc-xərclə özü edib. Əri heç vaxt deyə bilməz ki, o, uşağına nəsə alıb".
Qadın qızının bıçaqlanması haqqında bunları deyib.
"Yoldaşım qaçaraq gəlib dedi ki, Elşən qızımızı bıçaqlamaq istəyir. Tez polisə zəng olundu və gəlib Elşəni apardılar. Sonra qızım da getdi. Bilmirəm bıçaqla zərbə endirib ya yox. Elşənin nə istədiyini bilmirik. Gah deyir ki, pul ver, gah da deyir yemək. Baş aça bilmirik".
Məlumat üçün qeyd edək ki, Elşən Bağırov ilə Şəlalə Abdullayeva məhkəmə qərarı ilə boşanıblar.
Ş.Bağırova Dönük Qırıqlı kəndinin uşaq baxcasının direktoru vəzifəsində çalışır.