AĞDAŞ, 15 yanvar. TELEQRAF

Bu gün saat 13:10 radələrində Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1990-cı il təvəllüdlü şəxsə başın tüklü nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

13:13

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, rayon mərkəzində, Müşfiq İsayev küçəsində baş verib.

Yol qəzası zamanı müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü Yusifov İlqar Tahir oğlu təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.