BAKI, 15 yanvar. TELEQRAF
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1989-cu il təvəllüdlü Kəmalə Əsgərova bıçaq xəsarətləri alıb. Yaralı qadın xəstəxanalardan birinə çatdırılıb və ona cərrahi müdaxilə olunub.
Hazırda zərərçəkənin vəziyyəti həkimlərin nəzarəti altındadır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.