BAKI, 14 yanvar. TELEQRAF
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Hərəkətdə olan “Toyota Camry” markalı minik avtomobili naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.