BAKI, 14 yanvar. TELEQRAF
Bakıda qızını bıçaqlayan qadın həbs edilib.
Teleqraf-ın xəbərinə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
***
15:43
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Kazımova Səbirə Ələkbər qızı anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb.
O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.