BAKI, 12 yanvar. TELEQRAF

Paytaxtın Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, rayonun A.M.Şərifzadə küçəsindəki mənzillərin birinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs ora daxil olub ev sahibinin 147 manatını talayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 39 yaşlı M.Əzimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.