BAKI, 25 dekabr. TELEQRAF
Şamaxıda fəaliyyət göstərən məşhur "Məlhəm" restoranında oğurluq hadisəsi qeydə alınıb.
Teleqraf-ın məlumatına görə, 2009-cu il təvəllüdlü yeniyetmə restoranın seyfindən 1600 manatı qanunsuz olaraq ələ keçirib.
Cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nüməyandəsi bildirib ki, həmin məbləğ 1600 manat yox, 385 manatdır və pulu iclas zalında zərərçəkənə ödəmək niyyətindədir.
Lakin restoran rəhbərliyi bu təklifi qəbul etməyib, yeniyetmə barədə ədalətli cəza təyin edilməsini xahiş edib.
Nəticədə Yaqubov Fəridin sədrliyi ilə keçirilən prosesdə 16 yaşlı Nəsimi Bilalovun (ad-soyad şərtidir) azadlığı 1 il 4 ay müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, "Məlhəm" restoranının sahibi "Şuşalı Tahir" kimi tanınan Tahir Nadirlidir (Əbdülqasımov). O, eyni zamanda Bakıdakı "Çanaqqala" restoranının sahibidir.