CƏLİLABAD, 19 oktyabr. TELEQRAF
Bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər ( 2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.
1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
12:02
Cəlilabadda baş verən avtoqəzada xəsarət alan şəxslərin adları məlum olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yaralananlar bunlardır:
Səfərli Zülüfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğlu.
Məlumata görə, yaralıların vəziyyəti orta-stabil qiymətləndirilir.
***
11:20
Cəlilabadda yol qəzası baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.