GƏNCƏ, 19 oktyabr. TELEQRAF

Gəncə-Daşkəsən yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Daşkəsən rayon sakini 1987-ci il təvəllüdlü Roman Həsənov idarə etdiyi avtomobili aşırıb. Nəticədə sürücü xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.