MİNGƏÇEVİR, 17 oktyabr. TELEQRAF
Mingəçevir Sənaye Parkının əməkdaşı iş başında gözündən ağır xəsarət alıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında tekstil fabriki kimi tanınan Mingəçevir Sənaye Parkında baş verib.
İlkin məlumata görə, dəzgahın rezin borusu qəfildən məhvərindən çıxaraq iş başında olan 1993-cü il təvəllüdlü əməkdaş Məmmədova Xəyalə Ədalət qızının sifətinə çırpılıb və gözünü zədələyib.
Yaralı əməkdaş təcili xəstəxanaya çatdırılıb.
Durumu orta ağır olaraq dəyərləndirilir. Faktla bağlı araşdırma aparılır.