BEYLƏQAN, 17 oktyabr. TELEQRAF

Bu gün saat 08:00 radələrində Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakı şəhəri Respublika Toksikologiya Mərkəzinə təxliyyə olunub.

***

14:30

Beyləqan sakini səhvən sirkə turşusu içərək zəhərlənib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayon sakini 2012-ci il təvəllüdlü Quluzadə Gülay Vüqar qızı bilmədən sirkə turşusu içib.

Ailə üzvləri dərhal G.Quluzadəni Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.