BAKI, 17 oktyabr. TELEQRAF
Sumqayıt şəhərində evlərin birindən oğurluq edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şəhərin H.Z.Tağıyev qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 300 manat pul, 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən R.Abbasova və A.İbrahimova saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.