TƏRTƏR, 17 oktyabr. TELEQRAF

Tərtərdə rayonunda iki avtomobilin toqquşması yol kənarında 65 yaşlı qadının ölümünə səbəb olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi ötən gün rayonun Qaraqoyunlu kəndində baş verib.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Hundai" markalı avtomobil yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub.

N.Cəfərova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.