BAKI, 17 oktyabr. TELEQRAF
Şabran rayonunun Taxtalar kəndində ferma ərazisində ümumi sahəsi 300 m² olan sexin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, yaxınlıqda olan digər sexlər və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.