YARDIMLI, 16 oktyabr. TELEQRAF

Yardımlı rayonunun Bərcan və Porsova kəndlərinin ərazisində ağackəsilmə faktı üzrə Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.

Bu barədə teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis mayoru Məhəmməd Rzayev bildirib.

Bildirilib ki, araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcəkdir.