GƏNCƏ, 16 oktyabr. TELEQRAF

Bakı-Qazax-Gürcüstan magistralının Gəncə şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 1974-cü il təvəllüdlü Nofəl Həsənli və 2001-ci il təvəllüdlü Nihad Mirzəzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb