XANKƏNDİ, 26 sentyabr. TELEQRAF
Xankəndi şəhərində yanğın olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Xankəndi şəhər ərazisində yaşayış olmayan evdə baş verib.
Hadisə yerinə FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanılıb.