QAX, 22 sentyabr. TELEQRAF

Qaxda baş verən qəza zamanı Qax rayon Qaz İstismar İdarəsinin əməkdaşı ölüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, yol nəqliyyat hadisəsi şəhərin H.Əliyev prospektində qeydə alınıb

. Qax rayon sakini 1961-cu il təvəllüdlü Tağıyev Eldar yol keçmək istəyərkən hərəkətdə olan “Mercedes” markalı avtomobil onu vurub. Ağır xəsarət alan E.Tağıyev rayon xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Tağıyevin Qax Rayon Qaz İstismar İdarəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb araşdırma davam edir.