XOCALI, 21 sentyabr. TELEQRAF
Ötən gecə Xocalıda ildırım düşməsi nəticəsində 2 evdə yanğın baş verib.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, rayonun Şuşakənd kəndində bir evə ildırım düşüb.
Hadisə nəticəsində evin 600 kvadratmetr çardağının 400 kvadratı yanıb. Yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər cəlb olunub və alov söndürülərək digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.