BAKI, 21 sentyabr. TELEQRAF

Türkiyənin Kütahya şəhərinin Simav rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ 9,49 kilometr dərinlikdə meydana gəlib.