BAKI, 21 sentyabr. TELEQRAF
Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 6,1 bal gücündə zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələ 25 km dərinlikdə baş verib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 180 km şərqdə qeydə alınıb.