MİNGƏÇEVİR, 11 sentyabr. TELEQRAF
Mingəçevirdə 76 yaşlı kişi ikinci mərtəbədən enərkən pilləkənlərdən yıxılaraq ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə M.F.Axundov küçəsindəki yaşayış binasında baş verib.
İkinci mərtəbədən enərkən müvazinətini itirib üzüaşağı yıxılan 1949-cu il təvəllüdlü Tofiq Yusibov aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.