BAKI, 1 sentyabr. TELEQRAF
Sumqayıtda karton məmulatlarının istehsalı zavodunda yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.
Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub.