GÖYÇAY, 1 sentyabr. TELEQRAF
Göyçayda zəncirvari yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, "Mercedes", "Ford" və "Qaz-53" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar - Göyçay rayon sakini olan 1999-cu il təvəllüdlü "Mercedes" sürücüsü İsmayıl Abışov və "Ford"un 1994-cü il təvəllüdlü sərnişini, İsmayıllı rayon sakini Hikmət Kərimov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.