AĞCABƏDİ, 28 avqust. TELEQRAF
Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan 3 nəfərdən biri ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 21 avqust tarixində rayonun Avşar kənd ərazisində yerləşən maye qazdoldurma məntəqəsində partlayış zamanı ağır xəsarət alan 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu xəstəxananın reanimasiya şöbəsində həyatını itirib.