BAKI, 28 avqust. TELEQRAF

Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Fktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.