BAKI, 28 avqust. TELEQRAF
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli, 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin tavanı 20 m² sahədə qarsalanıb və 1 ədəd məişət avadanlığı əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.