BAKI, 15 avqust. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Babək rayonu, Qahab kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “Mercedes” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.