BAKI, 15 avqust. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Teleqraf-ın xəbərinə görə, hadisə Səbail rayonu Əhəd Yaqubov küçəsi, 15 ünvanında yerləşən Su İdman Sarayının qarşısında baş verib.

Məlumata görə, Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədov Tural Səlimxan oğlu idarə etdiyi "Hyundai" markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən 1969-cu il təvəllüdlü Zeynalov Rəhim Bahadur oğlunu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.