BAKI, 15 avqust. TELEQRAF
Kamçatkada yerləşən Klyuçevskaya sopka vulkanı 8 kilometr hündürlüyə kül püskürüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka Vulkanik Püskürmələrə Reaksiya Qrupunun (KVERT) saytında məlumat verilib.
“Kamçatka vaxtı ilə saat 09:50-də baş verən partlayışlar külü 8 km hündürlüyə qaldırıb. Kül şleyfi vulkandan şərq-şimal-şərq istiqamətində 521 kilometr məsafəyə yayılıb”, - məlumatda deyilir.
Kül püskürməsindən sonra yerli və beynəlxalq hava daşımaları üçün narıncı təhlükə elan edilib.