XOCALI, 14 avqust. TELEQRAF

Avqustun 11-də Xocalı rayon Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.