BAKI, 13 avqust. TELEQRAF

Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində sürücü polisə müraciət edərək “Lada Granta” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı E.Abdullayev saxlanılıb.

Nəqliyyat vasitəsi aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.