GƏNCƏ, 6 avqust. TELEQRAF
Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, o, qonşu ölkəyə istirahətə gedib və qaldığı hoteldə səhhəti qəfil pisləşərək komaya düşüb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, A. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Onun nəşinin ölkəmizə gətirilməsi üçün hazırlıq görülür.
Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A.Məmmədov karate üzrə 3 qat dünya və 5 qat Avropa çempionudur. Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini olub.