BAKI, 22 iyul. TELEQRAF

Meksikanın Lazaro-Kardenas şəhərində timsahlar 14 yaşlı oğlanı parçalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Andres Alexandro Santana Hernandes kanala yıxılıb və dərhal yırtıcıların hücumuna məruz qalıb. Yaxınlıqda olan valideynləri oğullarına kömək edə bilməyiblər.

Şahidlərin sözlərinə görə, sürünənlər oğlanı bataqlığa çəkib aparıb və orada onu parçalayıblar.